ER Prezidenti Ermənistan-Niderland qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsini vacib sayıb

Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyan bu gün Niderland Kırallığının ER-dəki səfiri Nikolas Sxermersi qəbul edib. 

Səfir Sxermers Vahagn Xaçaturyanı prezident seçilməsi münasibətilə təbrik edib və ona səmərəli fəaliyyət arzulayıb.

Prezident Xaçaturyan Ermənistan-Niderland dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığının daha da genişləndirilməsini vacib sayıb.

Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil, elm və yeni texnologiyalar sahələrində əməkdaşlığın dərinləşdirilməsi və birgə proqramların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT