Yerevana gələn Toivo Klaar səfərin məqsədləri və perspektivləri barədə danışıb

Yerevanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Birinci Kanala müsahibədə səfərin məqsədləri, müzakirə olunan məsələlər və prespektivlərinə toxunub. 

O, əsirlərin qaytarılması məsələsinə xüsusi toxunaraq qeyd edib ki, Avropa İttifaqı bu məsələni diqqət mərkəzində saxlayır.

“Sizi əmin edirəm ki, bu, Avropa İttifaqının böyük diqqət yetirdiyi məsələlərdən biridir. Bu, Yerevanda və Bakıda müzakirə olunan məsələdir. Avropa İttifaqı müxtəlif hallarda və müxtəlif səviyyələrdə bütün saxlanılanların azad edilməli olduğunu vurğulayıb. Bu, Avropa İttifaqının əsas prinsiplərindən biridir. Biz bu istiqamətdə işləyirik.

Dekabr görüşündən sonra 10, ardınca 5 hərbi əsir azad edildi. Biz əsirlərin azad edilməsini səbirsizliklə gözləyirik. Bu, regionda qarşılıqlı etimadın bərpasında çox vacib elementdir”,-deyə T. Kaar vurğuladı. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT