Ermənistan demokratiyanın möhkəmləndirilməsi üzrə qlobal missiyanın təşviqinə sadiqdir: Baş nazirin Demokratiya naminə konfransında çıxışı

Baş nazir Nikol Paşinyan ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya naminə” onlayn konfransda çıxış edib.

Paşinyan bildirib ki, son üç ildə ermənilər iki dəfə demokratiyanı avtoritarizmdən üstün tutublar. Birincisi 2018-ci ildə baş verdi, qeyri-zorakı, məxmər inqilabı, ardınca azad və ədalətli növbədənkənar seçkilər. İkincisi dağıdıcı müharibədən sonra 2021-ci ildə baş verdi.

“Biz Ermənistanda demokratik institutların gücləndirilməsi yolu ilə demokratiyanın gücləndirilməsinə sadiqik”,-deyə Baş nazir vurğuladı. 

O həmçinin demokratiyanı gücləndirmək səylərində bir çox problemlərlə üzləşdiyini qeyd etdi: “Bizim üçün ən böyük problem təhlükəsizliyimizə hərbi təhdidlərdir”. 

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə yüzdən çox ölkənin liderləri və nümayəndələri iştirak edir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT