Ararat Mirzoyan ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşüb

Ararat Mirzoyan ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşüb

Stokholmda ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüş zamanı ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əhəmiyyəti vurğulanıb.

Ararat Mirzoyan Azərbaycan rəhbərliyinin davamlı hərbi ruhlu ritorikasını və aqressiv hərəkətlərini qəbuledilməz hesab edib. 

Bu kontekstdə XİN başçısı vurğuladı ki, Dağlıq Qarabağda və regionda gərginliyi azaltmaq üçün konkret addımlar atılmalıdır.

Tərəflər humanitar məsələləri, eləcə də Artsaxın işğal olunmuş ərazilərində erməni mədəni irsinin qorunması məsələsini müzakirə etdilər. 

Ararat Mirzoyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu mandatı çərçivəsində nizamlanması istiqatində Ermənistamın mövqeyini bir daha təsdiqləyib. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT