logo

Beynəlxalq Qırmızı Xaçın həm Ermənistan, həm də Azərbaycan tərəfindən Dağlıq Qarabağ və sərhəd hissələrinə girməyə icazəsi var

Beynəlxalq Qırmızı Xaçın həm  Ermənistan, həm də Azərbaycan tərəfindən Dağlıq Qarabağ və sərhəd hissələrinə girməyə icazəsi var

Dağlıq Qarabağ ərazilərində və sərhəd bölgələrində BQXK -nın həm Ermənistan, həm də Azərbaycan tərəfdən girməsinə icazə verildi. Bunu “ТАСС”-a müsahibəsində Qırmızı Xaçın Rusiya, Belarus və Moldova üzrə regional nümayəndə heyətinin rəhbəri İxtiyar Aslanov bildirdi.

“Bizim üçün ən vacib məsələ giriş təhlükəsizliyidir. Bildiyiniz kimi, vəziyyət, xüsusən də Ermənistan-Azərbaycan sərhədi boyunca fərqli şəkildə inkişaf edir. Bizim üçün ən vacib məsələ, orada çalışan tərəfdaşlarımızın təhlükəsizliyidir. Həm Ermənistan, həm də  Azərbaycan tərəfindən girməyə icazəmiz var”,- Aslanov bildirdi.

O qeyd etdi ki, Qırmızı Xaç bölgədə çalışan azsaylı beynəlxalq təşkilatlardan biridir.

“Münaqişənin gərginləşməsi zamanı fəaliyyətimiz dayanmadı. Bu gün də işləyirik. Təbii olaraq vəziyyət dəyişir və eyni zamanda insanların ehtiyacları da dəyişir. Vəziyyətdən asılı olaraq proqramlarımızı və yanaşmalarımızı da dəyişirik ",- beynəlxalq təşkialtın  rəhbəri deyib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT