logo

İranda sərt karantin elan olunub

İranda sərt karantin elan olunub

İranın Koronavirusa qarşı mübarizə qərargahının qərarına əsasən, avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib.

1 həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

İranda COVID-19 virusunun geniş yayılması hökuməti qəti addımlar atmağa məcbur edib. Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son 24 saat ərzində İranda 36 min 736 nəfər virusa yoluxub, 620 pasiyent isə virusdan həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 425 min 821 nəfərə, bu xəstəlikdən ölənlərin sayı 97 min 828-ə çatıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT