Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupu çərçivəsində olmalıdır: Mariya Zaxarova

Baş verən insidentlərin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur. Azərbaycan-Ermənistan sərhədində baş verən insidentin əsas səbəbi SSRİ dövründən miras qalan Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq hüquqi cəhətdən formalaşmamasıdır.

Bu barədə Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova bildirdi. 

“Hesab edirik ki, bu vəziyyəti  sülh yolu ilə həll etmək lazımdır. Bu problemin uzunmüddətli həll yolu kimi sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük. Rusiya kömək etməyə hazırdır”,-deyə Mariya Zaxarova qeyd etdi. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT