logo

Moskva Yerevanla qardaşlıq münasibətlərini yüksək qiymətləndirir: Rusiya Federasiyasının Baş naziri

Rusiyada səfərdə olan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan rusiyalı həmkarı ilə görüşüb.

Mixail Mişustin vurğuladı ki, 2022-ci ildə Ermənistan və Rusiya diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd olunacaq. 

Mixail Mishustinin sözlərinə görə, Moskva Yerevanla uzunmüddətli strateji və müttəfiq xarakterli olan qardaşlıq münasibətlərini yüksək qiymətləndirir.

“Rusiya Ermənistanın lider tərəfdaşı olmaqda davam edir. Ortaq  müəssisələrimiz böyük iqtisadi layihələr həyata keçirirlər. 

Təəssüf ki, koronavirus ikitərəfli ticarətin dinamikasına təsir etdi. Əlbəttdə ki, bu vəziyyət bizim üçün əlverişli deyildir. 

Hökumətlərarası komissiyamıza Ermənistanla ticarət dövriyyəsini və qarşılıqlı investisiyaların həcmini artırmaq üçün yeni təşəbbüslər hazırlamağı təklif edirəm”,- deyə Mişustin qeyd etdi.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT