Erməni tarixi və mədəni irsi məsələsi sülh prosesinin gündəminə daxil edilib: Ara Ayvazyan

Ermənilərin ibadətgahlarının və abidələrinin məhv etmə presedentlərinin və  onlara haqq qazandırmaq üçün rəsmi açıqlamaların şahidi olmuşuq. Bunu ER Xİ nazirinin vəzifəsini müvəqqəti icra edən Ara Ayvazyan Azərbaycanın nəzarəti altındakı ərazilərdə erməni tarixi və mədəni abidələrinin taleyinə toxunaraq qeyd edib.

"Bu məsələ daim diqqətimizin mərkəzindədir və bunun üzərində çalışırıq, əminəm ki, beynəlxalq tərəfdaşlarımız tərəfindən erməni tarixi və mədəni irsini məhv etmək, şəxsiyyəti dəyişdirmək meyllərini sərt şəkildə tənqid edildiyini gördünüz. Bu məsələ  sülh prosesinin gündəminə daxil olub və 2020-ci  ilin debarın 3-də və bu ilin aprelin 13-də həmsədrlərin bəyanatları bunu sübut edir. Xüsusi qurumlarla işləyirik, YUNESKO və digər  qurumlarla sıx işləyirik. Həmçinin demək istəyirəm ki, bu gün beynəlxalq ictimaiyyətin bu mövzuda məlumatlılığını artırmaq çox vacibdir”- deyə Ayvazyan qeyd edib əmin edərək ki, XİN  bu istiqamətdə ardıcıl iş aparır. O həm də qeyd edib ki, aprelin 24-də XİN-in təşəbbüsü ilə “ Artsax: təhlükə altında olan irs” sərgisi açılıb və  sərgiyi yüksək səviyyəli nümayəndə heyətləri də ziyarət edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT