Türkmənistan Azərbaycanla Dostluq yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiqlədi

Türkmənistan parlamenti Xəzər dənizində yerləşən “Dostluq” yatağının Azərbaycanla birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumunu təsdiqləyib.
Bu barədə Türkmənistanın Dövlət Xəbər Agentliyi məlumat verir.
Məlumata görə, Türkmənistan Məclisi “Türkmənistan Hökuməti ilə Azərbaycan Hökuməti arasında “Dostluq” yatağında neft ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsini ratifikasiya edib.





