İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib ki, Hörmüz boğazında iki tanker dəniz minalarında patlayıb. İİKK bildirib ki, gəmilər boğazdan "cazəsiz marşrutla keçib.
Həmçinin bildirilir ki, tankerlər ABŞ ordusunun köməyi ilə gizli şəkildə keçmək üçün yerlərini peyk və radio siqnalları vasitəsilə ötürən avtomatik identifikasiya sistemi transponderlərini söndürüblər. Lakin partlayışlardan sonra onlar dayanıblar.
Bəyanatda gəmilərin adları çəkilməyib, itki və ya yaralananlar barədə məlumat verilməyib.










