Vaşinqtondakı Ronald Reyqan Mərkəzində Ermənistan Respublikasının müstəqilliyinin 35 illiyi təntənəli şəkildə qeyd olunub. Bu barədə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan sosial şəbəkədəki səhifəsində yazıb.



"Tədbirdə ABŞ ticarət nazirinin müavini Ceffri Kesler, ABŞ Dövlət Departamentinin Avrasiya məsələləri üzrə katib müavininin müavini Piter Andreoli və NVIDIA şirkətinin vitse-prezidenti Rev Libaridyan çıxış ediblər.


Erməni-Amerika strateji tərəfdaşlığının dərinləşdirilməsinə, sülhün möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın yeni imkanlarına toxunduq", - paylaşımda deyilir.










