Mayamidə Ukrayna, ABŞ, NATO və Aİ nümayəndə heyətləri görüşüblər: Ağ evin elçisi Stiv Uitkoff danışıqları konstruktiv adlandırıb.
Onun sözlərinə görə, tərəflər Ukraynada deeskalasiya, qışa qədər müharibəni başa çatdırma variantlarını, həmçinin Ukrayna və Avropa üçün münaqişənin təkrarlanmasının qarşısını alacaq, Ukraynanın müharibədən sonrakı bərpasını və iqtisadi rifahını, o cümlədən Aİ-yə üzvlüyünü təmin edəcək uzunmüddətli təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.
KİV-lər bildirirlər ki, danışıqların 2 gün davam etməsi nəzərdə tutulurdu, lakin onlar planlaşdırıldığından tez başa çatıb. Səbəb məlum deyil.










