ER Parlamentin və Bolqarıstan səfiri parlamentlərarası əlaqələrin intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər

11 sentyabrda ER Parlamentinin sədri Ruben Rubinyan Bolqarıstan Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikola Nikolovu qəbul edib.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Bolqarıstan ikitərəfli münasibətlərinin hazırkı gedişatı və onların inkişaf perspektivləri barədə danışıblar.
Parlamentlərarası əlaqələrin intensivləşdirilməsi, eləcə də dost qruplar arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları ilə bağlı məsələlər müzakirə olunub.





