İsrail Dəməşq prezident sarayının yaxınlığında zərbələr endirib

İsrail Dəməşq prezident sarayının yaxınlığında zərbələr endirib

İsrailin baş naziri Binyamin Netanyahu mayın 2-də müdafiə naziri İsrael Katzla birgə bəyanatında bildirib ki, İsrail Suriyanın paytaxtı Dəməşqdə prezident sarayı yaxınlığındakı hədəfi vurub.

"Bu, Suriya hakimiyyətinə açıq siqnaldır. Biz Suriya qoşunlarının Dəməşqin cənubuna yerləşdirilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik", - Reuters sənəddən sitat gətirir.

Agentliyin məlumatına görə, İsrail son günlər ərzində ikinci dəfə Suriyaya zərbələr endirib.

Dəməşq ətrafında hökumətyönlü qüvvələrlə druzlar arasında döyüşlər aprelin 29-na keçən gecə başlayıb və iki gün ərzində yüzdən çox insan həlak olub. Druzlar, nümayəndələri əsasən Suriya, Livan, İsrail və İordaniyada yaşayan ərəbdilli etnik-dini qrupdur.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT