logo

ER SQ bölmələri atəş açmayıb: Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə dezinformasiya yayıb

ER SQ bölmələri atəş açmayıb: Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə dezinformasiya yayıb

Azərbaycan Müdafiə Nazirliyinin aprelin 8-də saat 19:20-dən 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən sərhəd zonasının cənub-şərqində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə bəyanatı reallığa uyğun gəlmir. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Ermənistan Respublikasının Baş nazirinin Aparatı atəşkəs rejiminin pozulması hallarını və/yaxud onlar haqqında məlumatı araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, Azərbaycan indiyədək bu təklifə cavab verməyib.

Ermənistan Respublikasının Müdafiə Nazirliyi bir daha təsdiq edir ki, Ermənistan Respublikasının Baş naziri Aparatının mövqeyinə uyğun olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mesajını əsaslandıran faktların Ermənistan Respublikasına veriləcəyi təqdirdə onları araşdırmağa hazırdır.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT