logo

Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Tsitsernakaberdi ziyarət edib

Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Tsitsernakaberdi ziyarət edib

Avqustun 29-da Uruqvay Nümayəndələr Palatasının sədri Ana Olivera və Nümayəndələr Palatasının vitse-prezidenti Pedro Xisdonyan ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sargis Xandanyanın müşayiəti ilə Tsitsernakaberd memorialını ziyarət ediblər. 

Qonaqlar Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra əbədi məşəldə Erməni Soyıqırımı qurbanlarının xatirəsini yad ediblər. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Erməni Soyqırımı Muzey-İnstitutunda Ana Olivera və Pedro Xisdonyan soyqırımı ilə bağlı təsdiqedici sənədlər və materiallarla tanış olublar.

Nümayəndə heyətinin üzvləri fəxri qonaqların xatirə kitabına qeydlər ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT