logo

Baqeri Kani İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak edəcək

Baqeri Kani İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak edəcək

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak etmək üçün Ciddəyə gedib.

İran KİV-lərinin məlumatına görə, görüşün gündəliyinə Yaxın Şərqdə baş verən son hadisələr, İsrailin hərəkətləri, xüsusilə də HƏMAS-ın Tehrandakı siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi məsələsi var. İran tərəfinin bildirdiyinə görə, nəticədə İranın suverenliyi və milli təhlükəsizliyi pozulub.

Xatırladaq ki, İsrail tərəfi Haniyənin qətlinə görə məsuliyyəti hələ yüksək səviyyədə öz üzərinə götürməyib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT