logo

Ərdoğanla Putin yaxın günlərdə Astanada görüşə bilər

Ərdoğanla Putin yaxın günlərdə Astanada görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Habertürk” telekanalına açıqlamasında bildirib.

“Yaxın günlərdə prezidentimizlə Putinin Qazaxıstanda görüşü baş tuta bilər”, - nazir vurğulayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Rusiya mediasına açıqlamasında bildirib ki, iki ölkə prezidenti arasında Astanada görüşün mümkünlüyü nəzərdən keçirilir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT