logo

2018-2022 Belarus Azərbaycana müasir silahlar tədarük edib: Politico

2018-2022 Belarus Azərbaycana müasir silahlar tədarük edib: Politico

2018-2022-ci illərdə Belarus və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq sayılmasına baxmayaraq, Belarus Azərbaycana müasir silahlar tədarük edib. Bu barədə Politico əlində olan sənədlətə istinadən yazır.

Sənədlər arasında Belarusun 2018-2022-ci illərdə Azərbaycanın silahlı qüvvələrinə fəal yardım etdiyini sübut edən ondan çox məktub, diplomatik notlar, ödəniş qəbzləri və ixrac pasportları var. Təklif olunan xidmətlərə köhnə artilleriya avadanlıqlarının modernləşdirilməsi və radioelektron müharibə və pilotsuz uçuş aparatları sistemləri üçün istifadə edilən yeni avadanlıqların tədarükü daxildir.

Sənədlərə Belarusun Silah İxracının Dövlət Agentliyinin hərbi sənaye şirkətlərinə göndərdiyi məktublar da daxildir.

Onların sözlərinə görə, Azərbaycana ən son artilleriya nişan alma texnikası ixrac edilib. Bundan əlavə, Belarus və Azərbaycan №Qroza-S” anti-PUA sisteminin alınması barədə razılığa gəliblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT