Siz hər cəhətdən Yunanıstan hökumətinə və xalqına arxalana bilərsiniz: Yorqos Qerapetritis

Yunanıstan Qafqaz regionunda baş verən hadisələri izləyir və biz bu kütləvi vəhşiliklərdən sonra erməni xalqı ilə həmrəy olduğumuzu bildirmiş, ehtiyacı olanlara humanitar yardım göndərmişik.

Bu barədə Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis ER xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı bildirib.

“Yunanıstan regional suverenliyi tanıyır və hesab edir ki, sülh gündəliyi bu prinsiplər, təməl daşı prinsipləri əsasında inkişaf etdirilməlidir.

Biz hər cür güc tətbiqini və təcavüzü istisna edirik və dialoqun tərəfdarıyıq. Bununla bağlı biz Ermənistan və Azərbaycan arasında əldə edilmiş və məhbusların ikitərəfli azad edilməsinə və etimad səviyyəsinin artırılmasına imkan verən ikitərəfli bəyanatını alqışlayırıq. Güman edirik ki, Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyi möhkəmləndirən danışıqlar və müzakirələr yenidən başlayacaqdır.

Hər iki tərəf üçün əsas prinsiplər uzunmüddətli olmalı, sabit regional sülh və qonşu ölkələr arasında dostluq münasibətləri olmalıdır”, – nazir bildirib.

Yunanıstanın xarici işlər naziri “Sülhün kəsişməsi” təşəbbüsünə daxil olan prinsiplərə toxunaraq, onları “realist və əhatəli” adlandırıb.

O həmçinin Yunanıstanın Ermənistanı həm humanitar yardım, həm də sülhməramlı proseslərdə dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Nazir çıxışının sonunda deyib: “Siz bütün məsələlərdə Yunanıstan hökumətinə və Yunanıstan xalqına arxalana bilərsiniz”.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT