Mirzoyan və Borrel regional vəziyyəti müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Qranadada görüşüblər.

ER XİN-dən yayılan məlumata görə, görüşdə Dağlıq Qarabağın 100 mindən çox əhalisinin məcburi köçkün olması nəticəsində yaranmış vəziyyət, onun siyasi və humanitar komponentləri müzakirə olunub.

Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycanın bütöv bir xalqı öz vətənindən məhrum etməsi faktına və davamlı olaraq güc tətbiqi praktikasına dərhal beynəlxalq səviyyədə aydın reaksiya verilməlidir.

Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən ambisiyaların qarşısının alınmasının zəruriliyi bir daha təsdiqlənərək regiondakı ümumi təhlükəsizlik vəziyyətinə toxunulub.

Tərəflər həmçinin ER-Aİ tərəfdaşlığının gündəliyindəki məsələlərini müzakirə ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT