Ararat Mirzoyan polşalı həmkarı ilə regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə edib

Sentyabrın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə olunub. Sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı törətdiyi təcavüzə toxunan nazir Mirzoyan Bakının Dağlıq Qarabağ əhalisini etnik təmizləməyə məruz qoymaq siyasətinin yolverilməzliyini vurğulayıb. 

Dağlıq Qarabağda kütləvi cinayətlərin və humanitar fəlakətin qarşısının alınması kontekstində beynəlxalq tərəfdaşların effektiv və aydın addımlarının aktuallığı vurğulanıb.

Görüşdə Ermənistan-Polşa ikitərəfli gündəliyi, eləcə də ER-Aİ tərəfdaşlığı ilə bağlı məsələlər də müzakirə olunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT