Ermənistan Rusiya ilə müttəfiqlik əlaqələrini və strateji tərəfdaşlığını genişləndirməyə davam edəcək: Nikol Paşinyan

ER Baş naziri qeyd etdi ki, Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə, ER və RFR arasında ER Silahlı Qüvvələri və RF Silahlı Qüvvələri, qoşunlar,  birgə qoşun qruplaşması haqqında müqaviləsi, eləcə də Ermənistan ilə Rusiya arasında Qafqaz regionunda birgə regional hava hücumundan müdafiə sisteminin qurulması haqqında razılaşmalar əsasında Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının imkanları artırmağa davam edir.

O qeyd etdi ki, Syunik bölgəsinin Goris və Sisyanda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının dayaq nöqtələri yaradılıb, bundan başqa, Rusiya sərhədçiləri ER dövlət sərhədinin bir sıra hissələrində sərhəd mühafizəsində iştirak edirlər.

“Rusiya ilə regional kommunikasiyaların açılması üzrə işçi qrupu formatında sıx əməkdaşlıq edirik. Rusiya Sotk-Xoznavar sektorunda yaranmış vəziyyətlə bağlı müzakirələrdə iştirak edir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir və Dağlıq Qarabağda Rusiya sülhməramlıların mövcudluğu  təhlükəsizliyin təmin edilməsində əsas amildir”,- Nikol Paşinyan vurğuladı. 

O vurğuladı ki, Azərbaycanda rusiyalı sülhməramlılara qarşı güclü  təbliğat işlərinin aparılması və tədbirlərin görülməsi ciddi narahatlıq doğurur.

“Hesab edirəm ki, Azərbaycan məhkəmələri tərəfindən əsirlikdə olan vətəndaşlarımıza uzun illər həbs cəzası verməsi həm də Rusiyanın sülhməramlı qüvvələrini və Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq məqsədi daşıyır”,- Paşinyan deyib. 

O vurğuladı ki, Azərbaycanda həbs cəzasına məhkum olunmuş vətəndaşlarımızın böyük əksəriyyəti  üçtərəfli bəyannamənin imzalanmasından sonra əsir götürülüb.

“Bu faktı Azərbaycanın hələ də sülhməramlıların mandatını imzalamaması ilə müqayisə etsək, aydın olur ki, bu, sülhməramlılara, yəni Dağlıq Qarabağ və Dağlıq Qarabağdakı sabitliyə və sülhə qarşı həyata keçirilən tədbirlərdir. Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığının bütün sahələrində, o cümlədən hərbi-siyasi, hərbi-texniki, iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəni sahələrdə Ermənistan Rusiya ilə müttəfiq münasibətlərini genişləndirməyə davam edəcək”,- Paşinyan deyib. 

ER Baş naziri Ermənistan-Rusiya siyasi dialoqunun ən yüksək səviyyədə daha da gücləndirilməsi, Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər çoxtərəfli ölçülərdə Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımların atılacağına əminliyini ifadə etdi.

Nikol Paşinyan 44 günlük müharibəsinin dayandırlmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi rolunu vurğuladı. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT