logo

Azərbaycanın Vaqif Xaçatryana göstərdiyi davranışı onların gələcəkdə qalanlara qarşı necə davranacaqlarının göstəricisdir: DQ Prezidenti

Azərbaycanın Vaqif Xaçatryana göstərdiyi davranışı onların gələcəkdə qalanlara qarşı necə davranacaqlarının göstəricisdir: DQ Prezidenti

Təhlükəsizlik hər hansı bir təklifin əsasında olmalıdır. Bunu Dağlıq Qarabağ Prezidenti Arayik Harutyunyan Azərbaycan tərəfindən oğurlanaraq həbs edilən Vaqif Xaçatryanın məsələsinə toxunaraq bildirib.

“Vaqif Xaçatryan məsələsi Azərbaycanın atdığı istənilən addımın təhlükəsizlik baxımından bizim üçün riskli olduğunun əyani sübutlarından biridir. Hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan adamı oğurlayıb soyqırım törətmiş şəxs kimi təqdim edirlər, ona ən ağır maddələrlə ittiham irəli sürməyə çalışırlar. Aydındır ki, Azərbaycanın siyasəti gələcəkdə də belə olacaq və hər bir Artsax vətəndaşının həyatı risk altındadır”, - deyə o bildirib.

Harutyunyanın sözlərinə görə, Azərbaycanda Vaqif Xaçatryanı ittiham edə bilirlərsə,  demək Dağlıq Qarabağda yaşayan istənilən vətəndaşı ittiham edə bilərlər.

“Vaqif Xaçatryanın taleyi bizim üçün çox önəmlidir, biz bütün əlaqələrimizdə, addımlarımızda bunu əsas götürəcəyik. Azərbaycanın Vaqif Xaçatryana qarşı davranışı onların gələcəkdə başqalarına qarşı necə davranmağa çalışacaqlarının göstəricisi olacaq”,-deyə o qeyd etdi.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT