ER Müdafiə Nazirliyində cəbhə xəttində həyata keçirilən mühəndis təminatı və tikinti məsələləri müzakirə olunub

Yanvarın 9-da müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə və ER MN, SQ və SQ BQ rəhbərliyi, ordu hissələrinin komandanlığının iştirakı ilə işçi məsləhətləşmə keçirilib.
Məsləhətləşmə zamanı silahlı qüvvələrdə görülən işlər, xüsusilə cəbhə xəttinin mühəndis təminatı, tikinti işələri, arxa cəbhə və mənəvi təminatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib, nizam-intizamın artırılması ilə bağlı tədbirlərə toxunulub.
Müdafiə nazirinə əvvəlki işgüzar məsləhətləşmələrdə verilən tapşırıqların icrası barədə məlumat verilib.
Qaldırılan məsələlərlə bağlı məsul qurumların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verilib.





