logo

Azərbaycanda daha 95 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Azərbaycanda daha 95 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 95 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, iki nəfər isə xəstəlikdən ölüb.

İndiyədək ölkədə ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, hazırda 557 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər ölüb.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2438, bu günə qədər isə ümumilikdə 7 423 605 test icra olunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT