logo

Azərbaycanda daha 81 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda daha 81 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 825 737 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 141 nəfər müalicə olunaraq sağalıb, 10 002 nəfər ölüb, aktiv xəstə sayı 594 nəfərdir.

Ölkədə son sutka ərzində 2 100, hazırkı dövrədək isə 7 415 031 test aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT