logo

44 günlük müharibədə Azərbaycan beynəlxalq humanitar hüquq normalarını pozaraq hərbi cinayətlər törədib: Artsax Ombudsmanı

44 günlük müharibədə Azərbaycan beynəlxalq humanitar hüquq normalarını pozaraq hərbi cinayətlər törədib: Artsax Ombudsmanı

2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən fosfor silahından istifadə etmı faktı bir çox bəyanat və videogörüntülərdən başqa, ekspert rəyi ilə də təsdiqlənib. Bu barədə Artsax Ombudsmanı Qeğam Stepanyan bildirdi.

Artsax Ombudsmanı xatırlatdı ki, hələ 2020-ci ildə Ermənistan və Artsax Respublikalarının Ombudsmanları Azərbaycan silahlı qüvvələrinin Artsaxda kimyəvi elementlər (ehtimal ki, ağ fosfor) olan yandırıcı kütləvi qırğın silahlarından istifadə etməsi ilə bağlı birgə hesabat dərc ediblər.

Ombudsman tərəfindən aparılan faktaraşdırma işləri çərçivəsində fosforlu silahdan istifadəni sübut edən bir sıra videomateriallar, Artsaxda və Ermənistan tibb müəssisələrində müalicə olunan müxtəlif dərəcəli kimyəvi yanıq xəsarətləri alan hərbi qulluqçular yoxlanılıb. 

Ekspertizanın nəticələri təkzibolunmaz sübutdur ki, 44 günlük müharibə zamanı Azərbaycan beynəlxalq humanitar hüquq normalarına və onların üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadan hərbi cinayətlər törədib”,- Ombudsman qeyd etdi.

Ombudsman xatırlatdı ki, Fosfor silahı kütləvi qırğın xarakteri daşıyır, böyük insan itkisinə, iztirablara səbəb ola bilər. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT