logo

Arayik Harutyunyan Fransa KİV-lərinə Artsax xalqına təhdid edən təhlükələri təqdim edib

Arayik Harutyunyan Fransa KİV-lərinə Artsax xalqına təhdid edən təhlükələri təqdim edib

İşgüzar səfəri ilə Fransada olan Artsax Prezidenti Arayik Harutyunyan dekabrın 7-də Parisdə 20-yə yaxın media nümayəndəsi ilə görüşüb və Fransaya etdiyi səfərin məqsədlərini təqdim edib. 

Harutyunyan həmçinin Artsax xalqına qarşı Azərbaycan tərəfindən mütəmadi davam edilən aqressiv davranışdan, humanitar problemlərin yaranmasından və Artsax xalqına öz vətənində təhdid edən təhülkələrdən danışıb. 

Prezident Harutyunyanın sözlərinə görə, o, Fransa vasitəsilə bütün Avropa ölkələrinə mesaj göndərmək istəyir ki, Türkiyənin dəstəklədiyi Azərbaycanın ehtiyatsız davranışının qarşısını almaq üçün tədbirlər görsünlər.

“Biz başa düşürük ki, Azərbaycanla Avropanın neft və qaz maraqları var, lakin müraciətimiz xalqımızın öz müqəddəratını təyinetmə və mövcudluq hüquqlarına hörmət etmək və mövcud vasitələrlə Azərbaycanın soyqırım və ekspansionist siyasətinin həyata keçirilməsinin qarşısını almaqdır”,-deyə Harutyunyan qeyd etdi.

Görüş zamanı Prezident jurnalistlərin suallarını cavablandırdı və France-24 telekanalına müsahibə verib. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT