Avropa İttifaqı Rusiyanın 351 deputatına sanksiya tətbiq edəcək

Avropa İttifaqı Rusiyanın 351 deputatına sanksiya tətbiq edəcək

Rusiya Prezidenti Vladimir Putinin “Luqansk və Donetsk xalq respublikalarını” tanımasına etiraz olaraq Avropa İttifaqı Dövlət Dumasının 351 deputatına qarşı sanksiya tətbiqini müzakirə edəcək. Məlumatı "Deutsche Welle" yayıb.

Bildirilib ki, respublikaların tanınması ideyasını dəstəkləyən daha 11 nəfər barədə sanksiyanın tətbiqi müzakirə olunacaq.

Qeyd edək ki, Avropa İttifaqı məlum məsələ ilə bağlı Rusiyaya qarşı sanksiyalar paketini müzakirə edəcək.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının 450 üzvü var.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT