logo

Azərbaycan tərəfi erməni mövqeləri və dinc yaşayış məntəqələri istiqamətində atəş açıb

Azərbaycan tərəfi erməni mövqeləri və dinc yaşayış məntəqələri istiqamətində atəş açıb

Azərbaycan tərəfi, sentyabrın 6-da, saat 19:30 radələrində Artsax Respublikasının Martuni rayonunun Karmir Şuka (Qırmızı bazar)- Tağavard yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən  erməni mövqeləri və dinc yaşayış məntəqələri istiqamətində atəş açıb. Bu barədə Artsax İHM Geğam Stepanyan öz “Facebook” səhifəsində yazıb. 

Açılan atəşlər nəticəsində Tağavard kənd icmasının sakinlərindən birinin evinə ziyan dəyib. Ev istiqamətində atılan güllələrindən 3-ü evin divarına, 1-i isə yataq otağının pəncərəsinə dəyib.  Azərbaycanın açdığı atəş nəticəsində ziyan dəymiş evdə 6 şəxs yaşayır, o cümlədən azyaşlı uşaq. 

Gecə yarısından sonra Azərbaycan tərəfi atəş açmağa davam edib, nəticədə maddi ziyan və zərər çəkənlər barədə məlumat qeydə alınmayıb. 

Hadisə ilə bağlı rus sülhməramlılar və Artsax hüquq-mühafizə orqanlar məlumatlandırılıb. 

“Dinc yaşayış məntəqələri yaxınlığında yerləşən Azərbaycan mövqeləri  Artsax xalqının həyatı, sağlamlığı və digər həyatı hüquqlar üçün birbaşa və real təhlükədir və həmin yaşayış  məntəqələrində əhalinin normal həyatını və fəaliyyətini pozur. 

Qeydə alınan hadisələrlə bağlı Azərbaycan tərəfi, xüsusən də hadisələri törədənlər məsuliyyət daşımırlar ki, bu da yeni hadisələrin təkrarlanmasına səbəb olur. Rus sülhməramlılarının iştirakı da daxil olmaqla, bütün atəşkəs pozuntularının hərtərəfli araşdırılması gündəmdədir”- deyə Artsax İHM yazıb. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT