Putin Qarabağda böhranın nizamlanması ilə bağlı addımları şəhr edib

Putin Qarabağda böhranın nizamlanması ilə bağlı addımları şəhr edib

Nə Ermənistan, nə də Azərbaycan Qarabağda böhranın inkişafında maraqlıdır. Bunu Rusiya Prezidenti “Birbaşa xətt” verilişində Rusiya vətəndaşlarının suallarını cavablandırarkən deyib.

“Hamımız sülh və dostluq içində yaşayırıqsa, nəinki insanların təhlükəsizliyini, həm də iqtisadi və sosial sahələrdə də həyatlarını yaxşılaşdırmaq üçün şərait yarada bilərik. Rusiya Dağlıq Qarabağla bağlı ciddi böhranın nizamlanmasında müəyyən rol oynayıb. Heç kəs bu böhranın inkişaf etməsində maraqlı deyil. Nə Azərbaycan, nə də Ermənistan, nə də ki, Dağlıq Qarabağın sakinləri”,- deyə Rusiya prezidenti qeyd edib.

Putin bildirib ki, problemlər həqiqətən çox yığılıb: normal infrastrukturun qurulması problemi, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi var. “Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik”,- deyə o vurğulayıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT