logo

Dağlıq Qarabağın statusu da daxil olmaqla həll edilməli olan bir sıra məsələlər var: ABŞ səfiri

Dağlıq Qarabağın statusu da daxil olmaqla həll edilməli olan bir sıra məsələlər var: ABŞ səfiri

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Azatutyun” radiosuna müsahibədə ABŞ prezidenti tərəfindən Erməni Soyqırımının tanınması və  Dağlıq Qarabağ məsələsi ilə bağlı məsələlərə də toxunub. 

Səfirin sözlərinə əsasən, ABŞ prezidenti tərəfindən soyqırımının tanınması erməni xalqa qarşı onun dərin hörmətini göstərir: “Prezident uzun zamandır bu mövzu ilə maraqlanırdı və düşünürəm ki, bu, insan hüquqlarının əhəmiyyətinə onun dərin hörmətini əks etdirir”. 

Dağlıq Qarabağdakı son müharibəyə gəlincə, səfir qeyd edib ki, Rusiya müharibənin dayandırılmasında vacib rol oynayıb, ancaq müharibə dayandırılmış olsa da, həll edilməli olan bir sıra məsələlər mövcuddur - Dağlıq Qarabağın statusu, köçkünlərin problemləri. “ABŞ və Minsk qrupunun digər həmsədr ölkələri üçün gündəmdə qalan bir neçə məsələ vardır. Bizim bu məsələlərlə məşğul olmaq niyyətimiz var”. 

Səfirin fikrincə, elə bir vəziyyət yaranmışdır ki, heç bir ölkə bunu həll edə bilməz, bu səbəbdən də Minsk qrupunun həmsədrliyi vardır. 

Lin Treysi həmçinin qeyd edib ki, təhlükəsizlik ən vacib məsələsidir və bu yalnız Dağlıq Qarabağın təhlükəsizliyi deyil: “Mən bu həftə müharibədən sonra ilk dəfə Syunikdə idim və Syunik ermənilərinin evlərinə qədər gəlib çatmış münaqişə nəticələrini gördüm. Əsas yoldan keçən sərhəd səbəbilə yolda bir çox  erməni, azərbaycanlı və rus hərbçiləri vardır. Köçkünlərlə görüşdüm, onların yardıma ehtiyacı var və bu məhz ABŞın cəlb olunduğu sahədir”. 

Diplomatın sözlərinə görə, Qərb ölkələri və Aİ də Ermənistana yardım, regionda isə uzunmüddətli sülh və sabitliyin bərpası üçün birgə səy göstərməyə hazırdır.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT