logo

Artsax xalqını qorxutmaq üçün hər hansı bir cəhd uğursuzluğa məhkumdur: Artsax XİN

Artsax xalqını qorxutmaq üçün hər hansı bir cəhd uğursuzluğa məhkumdur: Artsax XİN

Artsax Xarici İşlər Nazirliyi bəyanat yayaraq qeyd edib ki, aprelin 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il 9 noyabr bəyanatı kobud şəkildə pozuldu və Artsaxın paytaxtı Stepanakert və Askeran rayonunun Şoş və Mxitaraşen yaşayış məntəqələri istiqamətində atəş açıldı. Atışma nəticəsində Stepanakertdə yaşayış evin damı zədələnib.

“Artsax Respublikasının Xarici İşlər Nazirliyi, düşmənin Artsax vətəndaşları arasında qorxu və müdafiəsizlik mühitini yaratmaq, Rusiya Federasiyasının sülhməramlı missiyasını torpedo etmək məqsədi ilə apardığı təxribatçı-aqressiv hərəkətlərini qətiyyətlə pisləyir.

Erməni maşınlarına hücumlar, tarlalarda işləyən kəndlilərin atəşə tutulması, Şuşidən Stepanakertə gedən yolda tank abidəsinin ərazisinə sızıb vandalizmin törədilməsi, erməni tarixi və mədəni abidələrinin dağıdılması və Azərbaycan tərəfinin digər hərəkətləri Azərbaycanda dövlət səviyyəsində aparılan ermənifobiya və faşizm siyasətinin nəticəsidir. 

Artsax xalqını qorxutmaq üçün hər hansı bir cəhd uğursuzluğa məhkumdur, çünki öz torpaqlarımızda sərbəst yaşamaq əzmimiz sarsıla bilməz”,-bəyanatda deyilir. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT