logo

ABŞ Konqresində əsirlərin qaytarılmasını tələb edən yeni qətnamə təqdim olundu

ABŞ Konqresində əsirlərin qaytarılmasını tələb edən yeni qətnamə təqdim olundu

ABŞ konqresmenləri Azərbaycanı erməni əsirləri dərhal azad etməyə çağırır. Nümayəndələr Palatasının Erməni məsələləri üzrə Komitəsinin həmsədrləri tərəfindən təqdim olunan qətnamə 31 nümayəndə tərəfindən dəstəkləndi.

Qətnamədə qeyd olunur ki, Azərbaycan hərbi əsirlərin statusunu saxtalaşdıraraq, onları əsirlikdə saxlamaq istəyinə haqq qazandırmağa çalışır.

Nümayəndələr Palatasının üzvü Adam Şif Dağlıq Qarabağdakı son müharibədən 100 gündən çox keçdikdən sonra yüzlərlə erməni hərbçinin və mülki şəxsin Azərbaycanda saxlanılmasını qəbuledilməz hesab etdi.

“Azərbaycan son müharibədəki dəhşətli vəhşiliklərin günahkarıdır və bu problemi daha da dərinləşdirir",-deyə Şif əlavə etdi ki, ABŞ erməni əsirlərin geri dönməsini təmin etmək üçün bütün diplomatik kanallardan istifadə etməlidir. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT