İran İslam Respublikasının qırmızı xətlərinə hörmət edirik və TRIPP layihəsi də bu qırmızı xətləri heç bir şəkildə keçməyib və keçməyəcək. Bunu baş nazir Nikol Paşinyan brifinq zamanı İrandan Tramp yolu və İranın "qırmızı xətləri" barədə səslənən bəyanatları nəzərə alaraq, TRIPP layihəsinin iki dövlət arasında toqquşmaya səbəb ola biləcəyi ilə bağlı narahatlığın olub-olmadığı sualına cavab verərkən bildirib.
"Biz İran İslam Respublikasından olan tərəfdaşlarımızla daimi dialoqdayıq və TRIPP məsələsində də qaranlıq məqamlarımız yoxdur", - Paşinyan deyib və eyni zamanda TRIPP çərçivəsində hərbi mövcudluğun istisna edildiyini qeyd edib.










