Noyabrın 26-da hökumətdə keçirilən brifinq zamanı jurnalist baş nazirdən yaxın vaxtlarda Moskvaya səfərləri zamanı Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun ləğv edilməsi tələbi irəli sürülərsə, Ermənistan tərəfinin hansı qərarı verəcəyini soruşduqda Nikol Paşinyan belə cavab verib:
"Xeyr, bir neçə səbəbdən həmin qanunun ləğvini mümkün hesab etmirəm. Birinci səbəb odur ki, qanun vətəndaş təşəbbüsü ilə qəbul edilib, yəni bu, hökumətin və ya dar siyasi dairənin qəbul etdiyi qərar deyil.
İkincisi, seçkilər keçirilib və həmin seçkilərdə Ermənistan Respublikası vətəndaşlarının əksəriyyəti bu qanunun lehinə səs verib. Hələ onu demirəm ki, müəyyən proseslər baş verib və baş verməkdədir, bu proseslər davam etməli, inkişaf etməlidir. Yəni qanunun ləğvini mümkün hesab etmirəm".
Bu kontekstdə Ermənistan-Rusiya münasibətlərinə toxunan Paşinyan həmçinin bildirib: "Bizim Rusiya Federasiyasına zərər vermək istəyimiz, niyyətimiz və məqsədimiz nə olub, nə var, nə də olacaq. Eynisini Rusiyadan da gözləyirik.
Biz, təbii ki, Rusiya Federasiyasının suverenliyinə, maraqlarına hörmət edirik, amma öz suverenliyimizə və maraqlarımıza da hörmət edirik, təbii ki, bütün hörmətimizə baxmayaraq, Rusiya Federasiyasının maraqlarından daha çox və burada həll yolları tapmalıyıq. Məncə, həll yolları mümkündür. Şadam ki, qeyd etdiyiniz gərginlik artmır, əksinə, azalır (jurnalistə müraciət edir — red.). Bizim Rusiya Federasiyası ilə mübahisə etmək niyyətimiz yoxdur, biz mütəmadi dialoq aparırıq".










