Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyada qatarların toqquşması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
"Oktyabrın 28-də Toledoda baş vermiş dəmir yolu qəzasında həlak olanlarla əlaqədar İspaniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm. Həlak olanların ailələri ilə həmrəy olduğumu bildirir, yaralılara tezliklə şəfa diləyirəm. Ermənistan onların kədərini bölüşür və onlara dözüm arzulayır", – deyə baş nazir X hesabında yazıb.
🇦🇲 Mi más sentido pésame al pueblo y al Gobierno de España 🇪🇸 por las vidas perdidas en el choque de trenes del 28 de octubre en Toledo. Solidaridad con las familias de las víctimas y pronta recuperación a los heridos. Armenia comparte su dolor y les desea fortaleza.
— Nikol Pashinyan (@NikolPashinyan) October 28, 2026










