Kremldə Ukrayna və Avropanın eskalasiyadan real dialoqa keçməyə hazır olduğunu görmürlər, bunu Dmitri Peskov bəyan edib. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Ukrayna münaqişəsi ətrafında yaranmış vəziyyəti anlamağa çalışan Avropa ölkələrinin artan fəallığı müşahidə olunur.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, Vladimir Putinlə ABŞ prezidentinin elçisi Stiv Uitkoffun görüşü zamanı əldə edilmiş razılaşmaların ictimai müzakirəsi prosesə zərər verə bilər. Onun sözlərinə görə, Rusiya Prezidenti hələ Ukrayna məsələsi üzrə üçtərəfli təmasların yeni mərhələsi üçün Rusiya danışıqlar qrupunun tərkibi ilə bağlı qərar verməyib.
Peskov həmçinin vurğulayıb ki, Putinin qrafikində Donald Trampla söhbət hələ yoxdur, lakin istək olarsa, bu, operativ şəkildə razılaşdırıla bilər.










