Kreml bu gün Ağ evin elçilərinin Osloda Volodimir Zelenskinin iştirakı ilə Kiyev nümayəndə heyəti ilə görüşməsi barədə məlumatı şərh edib. Bundan sonra amerikalı nümayəndələr Moskvaya yollanmağa hazırlaşırlar.
Dmitri Peskov ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Stiv Uitkoff və Cared Kuşner Vladimir Putinlə görüşəcək və Ukrayna və Avropa tərəfləri ilə təmasların nəticələrini təqdim edəcəklər.
“Prezident Putinlə amerikalı danışıqlar aparan şəxslər arasında Ukrayna məsələsi ilə bağlı görüşün tarixi və yeri barədə əvvəlcədən məlumat verəcəyik”, - Kremlin sözçüsü jurnalistlərlə söhbətində deyib. O, Vaşinqtonun vasitəçilik səylərini yüksək qiymətləndirib.
Peskov Donald Trampın Çinədə Vladimir Putin və Si Cinpinlə üçtərəfli görüş keçirə biləcəyi barədə bəyanatına da toxunub. ABŞ prezidenti bildirib ki, danışıqların gündəliyində nüvəsizləşdirmə məsələsi ola bilər. Peskov bununla razılaşıb: Rusiya və ABŞ strateji sabitlik və nüvə silahsızlanması ilə bağlı dialoqu təcili bərpa etməlidirlər.
“Bu barədə dəfələrlə danışmışıq. Vacibdir ki, məhz Moskva və Vaşinqton bu məsələni müzakirə etsin”, - deyə Kremlin sözçüsü vurğulayıb.










