Həll elə olmalıdır ki, sərhədin hər iki tərəfində anklavlar və eksklavlar olmasın: Paşinyan delimitasiya barədə

Həll elə olmalıdır ki, sərhədin hər iki tərəfində anklavlar və eksklavlar olmasın: Paşinyan delimitasiya barədə

"Ərazi mübadiləsi" deyilən məsələ hüquqi baxımdan mürəkkəb prosesdir. Bunu hökumətin bugünkü iclasından sonra keçirilən brifinqdə baş nazir Nikol Paşinyan sərhədin hər iki tərəfində anklav və eksklavların olmaması ilə bağlı bir gün əvvəl verdiyi bəyanat barədə sualı cavablandırarkən bildirib.

Nikol Paşinyan xatırladıb ki, əvvəllər də dəfələrlə deyib ki, problemin həllinin bir neçə variantı var, amma mahiyyət ondan ibarətdir ki, həll elə olsun ki, sərhədin hər iki tərəfində anklavlar və eksklavlar olmasın. Paşinyanın sözlərinə görə, belə ssenarilər yeni deyil, onlar əvvəllər də müzakirə olunub.

"Mən hiss edirəm ki, həm Ermənistanda, həm də Azərbaycanda belə bir həllin tapılmasının zəruri olduğu anlayışı daha da konkretləşir, çünki hamımız anlayırıq ki, digər ssenari çoxsaylı problemlər yaradacaq, hətta həmin kəndlərin sakinləri üçün də - sərhədi necə keçəcəklər, necə gedib-gələcəklər, iki sərhəd keçmək və s. Buna görə də belə bir anlayış olub, elə deyil ki, burada yenilik var", - deyə o bildirib və xatırladıb ki, bu barədə əvvəllər də danışıb.

"Xatırlayırsınızmı, mən həm də demişdim ki, hansı prosesə getdiyimiz vacibdir: bir-birimiz üçün problemlər yaratmaq istəyirik, yoxsa problemləri həll etmək və hansısa taleyüklü səhifəni bağlayıb yeni səhifə açmaq? İkinci məntiqlə hərəkət etdikdə belə bir həllin olma ehtimalı artır. Texniki və hüquqi baxımdan bu hansı formulə ilə rəsmiləşəcək, məsələn, belə bir ssenari halında referendum olacaqmı, ya olmayacaqmı, yəni bu, hüquqi təhlil məsələsidir...

Əvvəlcə delimitasiya, ərazilərin dəqiq müəyyənləşdirilməsi baş verməlidir. Biz bilməliyik ki, Artsvaşenin ərazisi nə qədərdir, haradan [keçir], fiziki olaraq nə cür ərazi təşkil edir ki, problemə hüquqi və siyasi baxımdan düzgün həll verə bilək", - deyə o bildirib, qeyd edib ki, bu variant həmişə müzakirə olunub.

"Yenilik ondadır ki, mən bu barədə daha aydın və açıq danışmışam", - deyə o bildirib və əlavə edib ki, onun fikrincə, sülhün institusionallaşdırılmasının yekun mərhələsinə daxil olmuşuq və o, prosesi 2031-ci ilə qədər başa çatdırmağı vacib hesab edir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT