Oktyabrın 5-də Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində Ermənistan-Litva ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib. Bu barədə Ermənistan MN məlumat verib.
Müdafiə sahəsində Ermənistan və Litva arasında əməkdaşlığın gedişinə və perspektivlərinə dair məsələlər müzakirə olunub. 2026-cı ildə görülən işlər və qarşıdakı vəzifələr yekunlaşdırılıb.

Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan tərəfdaşlara Silahlı Qüvvələrin transformasiyasının gedişini təqdim edib.
Məsləhətləşmələrin sonunda Levon Ayvazyan və Litva Milli Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və əməliyyatlar qrupunun rəhbəri Qabia Damalakayte Ermənistan və Litva müdafiə nazirlikləri arasında 2027-ci il üzrə əməkdaşlıq proqramını imzalayıblar.




