logo

Ruben Rubinyan və Litva xarici işlər nazirinin müavini regional məsələlərə və təhlükəsizlik vəziyyətinə toxunublar

Ruben Rubinyan və Litva xarici işlər nazirinin müavini regional məsələlərə və təhlükəsizlik vəziyyətinə toxunublar

13 apreldə Ermənistan Respublikası Parlamentinin sədr müavini Ruben Rubinyan Litva xarici işlər nazirinin müavini Audra Plepiteni qəbul edib. Bu barədə Parlament məlumat yayıb.

Parlamentın sədr müavini Ermənistan-Litva əməkdaşlığını, o cümlədən parlamentlərarası münasibətlər çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib.

Regional məsələlərə və təhlükəsizlik vəziyyətinə toxunulub. Bu kontekstdə Ruben Rubinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi barədə danışıb.

Ermənistan-Aİ münasibətlərinin gücləndirilməsi perspektivləri də müzakirə olunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT