logo

Azərbaycan Xarici İşlər Nazirliyi İran ərazisindən edilən PUA hücumunu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İran ərazisindən edilən PUA hücumunu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İran ərazisindən edilən PUA hücumunu qətiyyətlə pisləyib.

“Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - məlumatda bildirilib.

KİV-də yayılan məlumatlara görə, PUA Naxicevan hava limanının binasının yaxınlığında, eləcə də Babək rayonunun Şəkərabad kəndindəki orta məktəbin yaxınlığında düşüb və partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT