Ermənistan bu yolu ən sürətli keçib: Aİ rəsmisi

Baş nazirin müavini Mher Qriqoryan Avropa Komissiyasının (AK) Miqrasiya və Daxili İşlər üzrə baş direktorunun müavini Yohannes Luxnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarkisyan və Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri səfir Vasilis Maragos da iştirak ediblər.
Tərəflər ötən il başlanmış viza liberallaşdırılması dialoqu çərçivəsində əldə edilən uğurları qarşılıqlı olaraq vurğulayıblar və bunun nəticəsində Viza Liberallaşdırılması Fəaliyyət Planı Ermənistan Respublikası hökumətinə ötürülür.
Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorunun müavini Ermənistan hökumətinin səylərini alqışladı və Ermənistanın ən sürətli yolu tutduğunu vurğuladı.
Bölmələr
Baxışlar335









