Ermənistan Avropa İttifaqı üçün əsas tərəfdaşdır: Ursula fon der Layen

Ermənistan Avropa İttifaqı üçün əsas tərəfdaşdır: Ursula fon der Layen

Avropa Komissiyasının sədri Ursula fon der Layen bəyan edib ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla çox mənalı fikir mübadiləsi apardılar.

“Biz Vaşinqtonda ABŞ prezidentinin dəstəyi ilə Azərbaycanla münasibətlərdə əldə olunan tarixi irəliləyiş münasibətilə Ermənistanı təbrik etdik Bu, regionda sülh və sabitliyə gedən yolda mühüm addımdır.

Biz əməkdaşlığımızı dərinləşdirmək əzmindəyik. Ermənistan Avropa İttifaqı üçün əsas tərəfdaşdır.

Qlobal Gateway strategiyamız vasitəsilə biz regional kommunikasiyaları inkişaf etdirəcəyik.

Biz 2026-cı ilin birinci yarısında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə Toplantısını səbirsizliklə gözləyirik”, - fon der Leyen X səhifəsində yazıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT