Tramp avropalıları Ukraynadakı müharibəni maliyyələşdirməkdə ittiham edir

Tramp avropalıları Ukraynadakı müharibəni maliyyələşdirməkdə ittiham edir

ABŞ prezidenti Donald Tramp sentyabrın 4-də Avropa liderləri ilə videokonfrans zamanı onları Rusiya neftini almaqla Ukraynadakı “müharibənin maliyyələşdirilməsində” ittiham edib və Moskvanı bu gəlir mənbəyindən məhrum etməyə çağırıb. 

Amerikanın CNN televiziya kanalı və “Axios” onlayn qəzeti Ağ Evdəki mənbəyə istinadən “Rusiya ötən il ərzində Aİ-dən yanacaq satışından 1,1 milyard avro alıb” xəbərini yayıb.

Trampın ittihamlarına cavab olaraq Avropa Komissiyasının sədri Ursula fon der Leyen qeyd edib ki, müharibə başlayandan bəri Aİ ölkələri tərəfindən Rusiya neftinin alış həcmi kəskin azalıb və Rusiyadan neft idxal edən yalnız Macarıstan və Slovakiya olub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT