logo

Azərbaycanda siyasi məhbusların yeni siyahısına 375 nəfərin adı daxil edilib

Azərbaycanda siyasi məhbusların yeni siyahısına 375 nəfərin adı daxil edilib

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi ölkədə siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 375 nəfərin adı daxil edilib.

Bu, birliyin 2025-ci il fevralın 12-də təqdim etdiyi siyahı ilə müqayisədə 21 nəfər çoxdur. Bundan öncəki siyahıda 357 nəfərin adı var idi.

Yeni siyahıya jurnalist Ülviyyə Əli, ictimai fəal Əhməd Məmmədli, vətəndaş cəmiyyətinin üzvləri Bəşir Süleymanlı, Məmməd Alpay, dindarlar,  AXCP üzvləri və son həbs olunan digər siyasi və ictimai fəalların adları əlavə edilib.

Yeni siyasi məhbus siyahısını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.

Siyahı 12 qrupa bölünüb: jurnalistlər və blogerlər, hüquq müdafiəçiləri, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri, milli azlıqların fəalları, müharibə əleyhinə fəallar, “Söyüdlü kəndinin işi” üzrə, Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər, dindarlar, “Tərtər işi” üzrə məhkumlar, “Gəncə işi” üzrə məhkumlar, ömürlük həbs cəzası alanlar, “İmişli işi” üzrə həbs olunanlar.

Müəlliflər bildiriblər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edilib.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə həbs olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT