ER XİN başçısı ABŞ dövlət katibinin köməkçisinin müavini qəbul edib

Mayın 29-da ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib.  

Tərərflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın gündəliyində duran məsələləri müzakirə ediblər. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Ararat Mirzoyan və Coşua Hak fəal qarşılıqlı səfərləri, o cümlədən ABŞ-ın rəsmi və ekspert dairələrinin “Yerevan dialoqu” 2-ci Beynəlxalq Forumunda iştirakını məmnunluqla qeyd ediblər.

ER xarici işlər naziri və ABŞ dövlət katibinin köməkçisinin müavini regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Nazir Mirzoyan qeyd edib ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün real imkan var.

Görüş zamanı sülh gündəliyinin həyata keçirilməsi istiqamətində görülən işləri də müzakirə olunub. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT